Menu

Ərdoğan Putinlə Krımoğlunun məsələsindən danışacaq

04.05.2014, 11:06
Ərdoğan Putinlə Krımoğlunun məsələsindən danışacaq

Türkiyə rəhbərliyi Krım tatarlarının lideri, dissident Mustafa Krımoğlunun (Cəmilov) yarımadaya qayıtmasına yardımçı olacağını vəd edib. musavat.com-un rosbalt-a istinadən verdiyi xəbərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayacağını və məsələni dinc yolla həll edəcəyini söyləyib.

Bu barədə Mustafa Krımoğlu özü məlumat verib. Krım tatarlarının lideri onu da bildirib ki, Ankara qan tökülməsindən qaçmaq üçün ondan Kiyevə qayıtmağı xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol