AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ev dustağı edilməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətindədir. Bu barədə Ulyukayevin vəkili Timofey Qridnyev məlumat verib.
«Biz, müdafiəmiz altında olan şəxsin ev dustağı edilməsi barədə rayon məhkəmsəsinin qərarından apellyasiya şikayəti verəcəyik»-deyə, Qridnyev çərşənbə günü bildirib.
Bu ərəfədə vəkil, apellyasiya şikayəti verib-verməyəcəkləri barədə suala konkret cavab verə bilməmişdi və bildirmişdi ki, iş materialları ilə ətraflı tanış olmaq və Ulyukayevin özü ilə məsləhətləşmək ehtiyacı var.
Məlumdur ki, çərşənbə axşamı, noyabrın 15-də Rusiya Federasiyası İstintaq Komitəsi (RF İK) Ulyukayevin barəsində cinayət işi açıldığını xəbər verib. Ona qarşı qeyri-qanuni pul tələb etmək və 2 milyon dollar rüşvət almaq ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, nazir həmin pulu «Rosneft» üçün «Başneft»in dövlət nəzarət paketinin satın alınmasını mümkün edən müsbət rəy verməsinin qarşılığında alıb.
Bu ərəfədə Moskva Basman məhkəməsi yanvarın (2017) ortalarına qədər Ulyukayevin ev dustağı edilməsi barədə qərar çıxardıb. Bundan sonra Prezident Vladimir Putin Ulyukayevi «etibarı itirdiyinə görə» tutduğu vəzifədən azad edib.


Şərhlər