Menu

Bu gün "Eurovision-2014" mahnı müsabiqəsi başlayır

04.05.2014, 12:14
Bu gün "Eurovision-2014" mahnı müsabiqəsi başlayır

Bu gün Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı yarışmasına start verilir. Rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutacaq. Müsabiqədə 37 ölkədən ifaçılar iştirak edir. Mahnı müsabiqəsi "Join us" - "bizə qoşulduq" devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq.

Azərbaycanın bu ilki "Eurovision" mahnı müsabiqəsindəki təmsilçimiz Dilarə Kazımova "Start a fire" mahnısı ilə birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən hər bir yarımfinaldan finala ən çox səs toplamış 10 iştirakçı keçəcək. Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol