Menu

Allahşükür Paşazadə Rusiyaya gedəcək

18.11.2016, 12:52

Âñòðå÷à ïðåçèäåíòà ÐÔ Âëàäèìèðà Ïóòèíà ñ ëèäåðîì àçåðáàéäæàíñêèé ìóñóëüìàí øåéõ-óëü-èñëàìîì Ãàäæè Àëëàõøóêþðîì Ïàøà-çàäåQafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva şəhərinə gedəcək.

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə baş tutacaq. Məqsəd Patriarx Kirilin 70 illik yubiley tədbirlərində iştirak etməkdir.

A.Paşazadə səfər müddətində Patriarx Kirillə təkbətək görüşəcək, habelə yubileyə həsr olunmuş genişmiqyaslı təntənəli qəbul və mərasimlərdə iştirak edəcək.

Səfər noyabrın 23-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol