Menu

NATO-nun baş katibi İstanbula gəlir

18.11.2016, 15:45
NATO-nun baş katibi İstanbula gəlir

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 20-də Türkiyəyə səfər edəcək.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Brüsseldə Alman Marşal Fondunun nümayəndəliyində çıxış edən Y.Stoltenberq bildirib: "Mən bazar günü yenə İstanbulda olacağam".

O, İstanbulda NATO Parlamentlərarası Assambleyasının işində iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol