«AzPolitika.info»nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında qarşılıqlı siyasi anlaşma var. Lavrovun bəyanatının stenoqramı Rusiya XİN saytında yer alıb.
«Onlarda birmənalı siyasi əhval-ruhiyyə var - qarşılıqlı siyasi anlaşma var. Donald Tramp rəsmi olaraq idarəçiliyin iplərini ələ alandan sonra, məsələ bütün bunların təcrübi işlərə köklənməsindən ibarət olacaq. Biz, buna hazırıq» - deyə, nazir bəyan edib.

Şərhlər