MARAQLARIN GÖRÜNMƏMİŞ TOQQUŞMASI - Tramp ABŞ tarixinin ən varlı prezidenti olacaq

Donald Tramp özünün Manhettendəki penthausunu çox sevir. Seçki kampaniyası dövründə Tramp bir neçə saat uçduqdan sonra, öz ofisinə tez-tez baş çəkərdi. Tikinti maqnatı 20 yanvarda Ağ Evə köçəndən sonra bütün bunların hamısı dəyişəcək. Verilən məlumatlara görə, o, heç olmazsa bazar günləri Nyu-Yorkda işləmək istəyir. Lakin görünür ki, o bundan da imtina etmək məcburiyyətində qalacaq.

Trampın böyük uşaqları milyardlıq konsernin idarəediciləri kimi Nyu-Yorkda qalacaqlar. Erik Tramp özünün ilk televiziya müsahibəsində deyib: ”Biz bizneslə məşğul olcağıq. Çünki bu bizim xoşumuza gələn bir işdir”. Ehtimal olunur ki, gələcək hökumətdəki insayder rollarına görə, onlar şübhəli reputasiyaya malik özəl şirkətlərdən milyardlarla gəlir götürəcəklər.

- Tramp ABŞ tarixində ən varlı prezident olacaq

Trampın konserni 515 şirkətdən ibarətdir. Tramp vəzifəyə keçən vaxt, maraqların tarixdə görünməmiş toqquşması baş verəcək. Belə ki, CNN-in məlumatına görə, Tramp öz uşaqları üçün Ağ Evin ən mühüm sirləri sayılan “məxfi sənədlər və layihələr”ə giriş izni tələb edir. Belə olan halda bu klan maliyyə-iqtisadi sfera üzərində nəinki normativ hakimiyyət əldə edəcək, eyni zamanda da digərlərinin xəbərsiz olduqları qlobal hadisələrin gedişindən agah olacaqlar.

“Uoterqeyt” qalmaqalını üzə çıxaran jurnalistlərdən biri olan Karl Bernstayn bu mexanizmin üstünlükləri barəsində belə yazırdı: ”Mən elə indicə Mərkəzi Kəşfiyyat İdarəsinin brifinqində eşitdiklərim əsasında Ər-Riyadda yeni dükan açıram”.

Tramp ABŞ tarixinin ən varlı prezidenti olacaq. ”Forbes”in hesablamasına görə, onun maliyyə imkanı 3,7 milyard dollar təşkil edir ki, bu, hətta Kennedi ailəsinin imkanlarını da ötür. Digər keçmiş prezidentlər daha az maliyyə imkanlarına malik olublar.

ABŞ icra hakimiyyətinin bütün üzvləri üçün mürəkkəb qaydalar peyda olur. Onlar siyasi vəzifə ilə şəxsi gəlirlər arasındakı maraqların toqquşmasını dəf etməlidirlər. Məsələn, əgər tutduqları vəzifə bu sahələrin idarəetməsi ilə bağlıdırsa, onda onlar həmin sahələr üzrə səhm sahibi ola bilməzlər.

Həmin qaydalardan azad olan yalnız bir nəfər var - bu, prezidentdir. Keçmiş prezidentlər könüllülük əsasında qərar qəbul ediblər. Onlar əsas etibarı ilə özlərinin investisiya portfellərini hansısa “kor şirkət”adlandırılan trasta yerləşdirsələr də, ancaq pullarını adi hesablarda açırdılar. Barak Obamanın pulu da adi hesabdadır və hər il bu barədə açıq şəkildə məlumat verir. Tramp başqa cür etmək istəyir. Onun vəkili Maykl Koenin sözlərinə görə, Trampın konserni də həmçinin “kor trast”-a ötürülməlidir, lakin uşaqlarının nəzarəti altında. Bu isə bütün sərhədləri yuyur.

- Əl əli yuyar?

Məsələn: Əvvəllər poçt binası olmuş Vaşinqtondakı yeni “Trump İnternational Hotel” Ağ Ev yaxınlığındakı elitar daşınmaz əmlak, ildə hökumətə üç milyon dollar arenda pulu ödəyir. Amma tezliklə Trampın özü arendator olacaq. Burada aparılan tikinti rekanstruksiya işləri “Dutsche Bank”-ın 170 milyon krediti hesabına həyata keçirilib (Xüsusilə qeyd etmək gərəkdir ki, 1998-ci ildən indiyədək “Deutsce Bank” Trampa üst-üstə 2,5 milyard dollarlıq kredit verib.). Ümumiyyətlə isə Trampın “Deutsce Bank”a ödənilməmiş 40 milyon dollarlıq kredit borcu qalır.

“Deutsche Bank”la əlaqədar məsələ daha böyük partlayış təhlükəsi yarada bilər. Tramp prezident olandan sonra kreditorun taleyi ilə bağlı məsələdə sonuncu söz haqqı onda qalacaq. ”Deutsche Bank” ABŞ-a 14 milyard dollar cərimə ödəməlidir. ABŞ ədliyyə nazirliyi bu bankı şübhəli əməliyyatlar aparmaqda ittiham edir. Trampın maliyyə sektorunda tənzimləmə aparmaq istəməsi ümidvericidir. Amma daha sərfəli kredit şərtləri əvəzində dövlətin mərhəmət göstərəcəyi bəs nədən xəbər verir? Deməli, əl əli yuyar?

Onu demək lazımdır ki, təkcə siyasət və biznesin bir-birinə bu cür qarışmasının mümkünlüyü Trampın qərarlarına daima şübhə toxumu səpəcək.

Korporativ məsələlər üzrə hüquqşünas və etika üzrə ekspert Ken Qross “New-York Times” qəzetinə verdiyi müsahibəsində bildirib: ”Bu cür vəziyyət onun üçün daima əngəl törədəcək. Hətta əgər o ictimai maraqlar naminə fəaliyyət göstərsə də, ondan özünün biznes maraqlarını irəliyə çəkməkdə şübhələnəcəklər”.

Lakin hələ indiyədək Trampın düşərgəsində onun heç olmasa müəyyən bir müddətə kimi öz uşaqlarını holdinqin idarəetməsindən uzaqlaşdıracağına səy göstərməsinə dair hər hansı əlamət sezilmir. Nyu-York şəhərinin keçmiş meri və Trampın yaxın məsləhətçisi, eyni zamanda da xarici işlər nazirliyinə namizədlərdən biri hesab edilən Rudi Culiani indiki vəziyyətdən şikayətlənərək deyib: ”Belə olan halda prinsip etibarı ilə, o, öz uşaqlarını işsiz qoyur. Bu isə yeni problemlər yarada bilər”.

(“Der Spiegel”-Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar