Menu

Rusiyada yanğında yeddi nəfər ölüb

19.11.2016, 10:06

sheki_yangin_121016_07Rusiyanın Tümen vilayətində baş verən yanğında yeddi nəfər ölüb.

APA-nın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib ki, noyabrın 19-a keçən gecə Quşçuluq Fabrikinin tikinti meydançasında yaşayış köşkündə yanğın baş verib.

Yanğınsöndürənlər yanğının qarşısını 7 dəqiqə ərzində alsalar da, yeddi nəfər yanaraq ölüb.

Tüstüdən zəhərlənmiş üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol