Cənubi Koreyanın paytaxtı Seulda, prezident Park Geun-Hye əleyhdarları etiraz nümayişlərini davam etdiriblər.
"AzPolitika.info"nun məlumatına görə, Cənubi Koreyada korrupsiyada günahlandırılan dövlət başçısı Park Geun-Hyeyə qarşı xalqın qəzəbi bitmək bilmir. Küçələrə axın edən on minlərlə cənubi koreyalı dövlət başçısına istefa et deyə şüarlar səsləndirib. Son nümayişə 150 min insanın qatıldığı bildirilir.
Prezidenti istəməyənlər kimi prezidentə dəstək verənlər də meydanlardaydı. Prezident tərəfdarlarının sayı isə təxminən 11 olaraq açıqlanıb.
Ölkəni qarışdıran skandala görə prezidenti Park Geun-Hyenin yaxın dostu Choi Soon-Sili, prezident ilə olan yaxın əlaqəsindən istifadə edərək rəsmi vəzifəsi olmadığı iş adamlarından öz vəqfi üçün maddi vəsait aldığı ortaya çıxmışdı.
Prezidenti Park Geun-Hye bu narahatçılıqdan sonra üzr istəmiş olsa da cənubi koreyalılar yalnız üzrlə kifayətlənəcək kimi görünmür.
Skandalın, Parkın Cənubi Koreyada gələcək il keçiriləcək ümumi seçkilərdən əvvəl nüfuzunu əhəmiyyətli dərəcədə azaltdığı bildirilir. Bəzi müxalifət partiyaları də Parka istefa çağırışı edib. Sorğular Parka ictimaiyyət dəstəyinin yüzdə 5-ə qədər düşdüyünü göstərir.







Şərhlər