Menu

Belçikada yaşayan türklər PKK-ya qarşı aksiya keçiriblər

19.11.2016, 22:48
Belçikada yaşayan türklər PKK-ya qarşı aksiya keçiriblər

Belçikanın paytaxtı Brüsseldə Türkiyə əsilli etirazçılar PKK və İŞİD terror qruplaşmaları, ümumilikdə, terror əleyhinə aksiya keçiriblər.“RİA Novosti”nin verdiyi xəbərə görə, aksiyaya iki minədək etirazçı qatılıb.

“PKK ABŞ və Avropada terror təşkilatı kimi tanınıb. Buna baxmayaraq, guya mədəniyyət təşkilatları tərəfindən keçirilən aksiyalarda PKK liderlərinin şəkli olan bannerlərin olduğunu müşahidə edirik”, - deyə türk icmasının nümayəndələrindən biri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol