vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekom

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.

Virtualaz.org xəbər verir ki, bu korrupsiya sistemi nazirliyin strukturuna daxil olan müəssisələrin hər ay xərclərin azı 35 faiz şişirdilməsi yolu ilə ayrılan vəsaitlərdən topladıqları “otkat”ı rəhbərliyə təhvil verməsini, yığılan pullardan isə hər ay nazir Əli Abbasov başda olmaqla vəzifəlilərə “paket”lərin verilməsini, habelə nazirliyə “krışalıq” edən MTN-nin generallarına aylıq haqqın ödənilməsini nəzərdə tuturdu.

Xəbər verdiyimiz kimi bu sistemdə nazir Əli Abbasovun aylıq “paketi” 300-400 min manat, nazir müavinlərinin “paketi” isə 30-50 min manat arasında olub. Habelə nazirliyin strukturunda olan müəssisələrin rəhbərləri, digər vəzifələrilər də bol sıfırlı “paketlər” alıblar.

Nazirlikdəki korrupsionerlər isə dövlətin pulunu mənimsəmək üçün o dərəcədə həyasızlaşıblarmış ki, nəinki görülən işlərə görə xərcləri şişirdiblər, eyni zamanda ümumiyyətlə görülməyən işlərə görə pul ayırıb mənimsəyiblər.

Məsələn, nazirliyin təsis etdiyi “AzEurotel” MMC-də olduğu kimi. Virtualaz.org xəbər verir ki, bu MMC-nin direktoru Rəsulov Cabit Məhəmməd oğlu şahid qismində istintaqda dindirilib. İfadəsində deyib ki, “AzEurotel” MMC-nin səhmlərinin 50 faizi əvvəllər “Lukoil Europe” şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan “Lukoil Europe” öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib.

«AzEvrotel» MMC öz daxili nizamnaməsinə uyğun olaraq telefon çəkilişləri, internet xətlərinin çəkilişləri, banklar arasında rabitə sistemi olan «Sviftin» təşkili, beynəlxalq şəhərlərarası telefon rabitə xidməti, simsiz rabitə xidməti və başqa geniş zolaqlı rabitə xidmətlərini həyata keçirib. MMC Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) tabe olub.

Cabit Rəsulov ifadəsində bundan başqa  göstərib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən rabitə qurğularının təmiri və tikintsi ilə əlaqədar əsaslı işlər görülmədiyi halda birliyin baş direktoru kağız üzərində “görülmüş” işlərə görə münzətəm olaraq “AzEurotel”ə vəsait ayırıb, ayrılan vəsaiti öz şirkətləri üzərindən geri alaraq mənimsəyib.

Məsələn, Beytulla Hüseynov BTRİB-in 800 min manatını  “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyiyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı. Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, B.Hüseynov görülməmiş “İşlərə” görə 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan “PLZ” MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb. 

Cabit Rəsulov direktoru olduğu müəssisədə korrupsiya və mənimsəmənin, dələduzluq sxeminin mövcudluğunu etiraf edir, ancaq deyir ki, bütün bu işlər Beytulla Hüseynovun nəzarəti və göstərişləri altında həyata keçirilirdi. “Mən direktor kimi ancaq onun göstərişlərinə əməl etmişəm”-Rəsulov özünü təmizə çıxararaq deyib.

Ümumiyyətlə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) həbsdə olan sabiq rəhbəri Beytulla Hüseynovun külli miqdarda dövlət vergisindən yayınma və milyonlarla manatı mənimsəmə faktı müəyyən edilib.

trend_korrupsiya_ile_mubarize_bina_170215_1

Trend-in məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılmış cinayət işinin materiallarında qeyd olunur.

Maliyyə Nazirliyinin müfəttişi Hacıyev Fərhad İsgəndər oğlu ibtidai istintaqa ifadəsində bildirib ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə nazirliyin mütəxəssisləri tərəfindən BTRİB-nin, həmin birliklə təsərrüfat əlaqəsində olmuş "Rabitə Mülki Tikinti" MMC, "Bakı Rabitə Tikinti Təchizat" MMC, "Tikinti Təmir Servis" MMC və "3 nömrəli Rabitə Təmir Tikinti" MMC-nin 2009-cu ilin yanvar ayından 2015-ci ilə qədər olan dövrün maliyyə təsərrüfat fəaliyyəti yoxlanılıb.

F.Hacıyev ifadəsində həmçinin qeyd edib ki, yoxlama zamanı BTRİB tərəfindən əksər hallarda malgöndərən və podratçı təşkilatlarla iş və xidmətlərin yerinə yetirilməsi üçün müqavilələr bağlanılarkən "Dövlət Satınalmaları haqqında" Qanunun tələblərinə əməl edilməməsi, satınalmaların hissələrə bölünərək kotirovka metodunun tətbiq edilməsi, rəqabət metodlarının tətbiqi zamanı iş və xidmətlərin ilkin ehtimal dəyəri təyin edilmədən satınalmaya çıxarılması müəyyən olunub.

F.Hacıyev ifadəsində göstərib ki, BTRİB və onun struktur bölmələri üzrə yoxlama ilə əhatə olunan dövrdə 179 hüquqi və fiziki şəxslərdən alınması rəsmiləşdirilmiş 74.028727,60 manat dəyərində mal-material qiymətlilərindən cəmi 44455073,22 manatı "Əmlak Ekspertiza Mərkəzi" MMC və "Dominant Konsaltinq" MMC-nin təqdim etdiyi qaimə cədvəllərində adları olan malların qiymətləri ilə müqayisə olunarkən müxtəlif mal-materialların qiymətlərinin cəmi 20.387753,06 manat məbləğində baha qiymətə alınmasının rəsmiləşdirilməsi müəyyən olunub. O cümlədən, BTRİB üzrə: 2010-cu ildə 61886,50 manat, 2011-ci ildə 292127,58 manat, 2012-ci ildə 352837,67 manat, 2013-cü ildə 207335,19 manat, 2014-cü ildə 872445,39 manat, 2015-ci ilin 9 ayında 2326,79 manat, cəmi 1788974,12 manat, Qaradağ Telefon Qovşağı üzrə 2010-cu ildə 10194,60 manat, 2011-ci ildə 8301,24 manat, 2012-ci ildə 46368,35 manat, 2013-cü ildə 152796,00 manat, 2014-cü ildə 41690,92 manat, 2015-ci ilin 9 ayı ərzində 72966,66 manat, cəmi 411752,12 manat məbləğində alınmış mal-materialların qiymətlərinin artırılması müəyyən edilib.

Həmçinin, BTRİB-nin Sabunçu Telefon Qovşağı üzrə 2009-cu ildə 44180,85 manat, 2010-cu ildə 72170,14 manat, 2011-ci ildə 336273,51 manat, 2012-ci ildə 183636,69 manat, 2013-cü ildə 195436,23 manat, 2014-cü ildə 188756,79 manat, 2015-ci ilin 9 ayı üzrə 376036,36 manat, cəmi 1728469,88 manat, Yasamal Telefon qovşağı üzrə 2009-cu ildə 870,60 manat, 2010-cu ildə 1038755,14 manat, 2011-ci ildə 302193,05 manat, 2012-ci ildə 272820,48 manat, 2013-cü ildə 308433,15 manat, 2014-cü ildə 690181,29 manat, 2015-ci ilin 9 ayı ərzində 817900,43 manat, cəmi 3431154,14 manat məbləğində alınmış mal-materialların qiymətlərinin artırılması müəyyən edilib.

F.Hacıyev ifadəsində eyni zamanda göstərib ki, BTRİB-nin Xətai telefon qovşağı üzrə: 2009-cu ildə 69966,22 manat, 2010-cu ildə 866316,57 manat, 2011-ci ildə 1020374,51 manat, 2012-ci ildə 579026,83 manat, 2013-cü ildə 784806,19 manat, 2014-cü ildə 423583,22 manat, 2015-ci ilin 9 ayı ərzində 792091,76 manat, cəmi 4536165,30 manat, Xəzər Telefon qovşağı üzrə 2009-cu ildə 24065,86 manat, 2010-cu ildə 61341,83 manat, 2011-ci ildə 358817,93 manat, 2012-ci ildə 254226 manat, 2013-cü ildə188908,71 manat, 2014-cü ildə 365216,61 manat, 2015-ci ilin 9 ayı ərzində 442437 manat, cəmi 1991714,23 manat, Bakı Kabel qovşağı üzrə 2013-cü ildə 1752,80 manat məbləğində alınmış mal-materialların qiymətlərinin artırılması müəyyən edilib.

Bundan əlavə, mütəxəssis aktı ilə müəyyən edilib ki, BTRİB və onun struktur bölmələri ilə təsərrüfat əlaqəsində olmuş "Tikinti-Təmir Təchizat Servis" MMC-dən qaimə fakturalara əsasən alınması rəsmiləşdirilmiş 18.773.166,78 manat maddi qiymətlilərin dəyərinin 9808018,35 manat, o cümlədən Nizami Telefon qovşağı üzrə 4060399,09 manat, Xətai Telefon qovşağı üzrə 1604543,72 manat, Xəzər Telefon qovşağı üzrə 795755,50 manat, Yasamal Nelefon qovşağı üzrə 2298339,95 manat, Qaradağ Telefon qovşağı üzrə 194183,77 manat, Sabunçu Telefon qovşağı üzrə 853043,52 manat, Bakı Kabel qovşağı üzrə 1752,80 manat baha qiymətə alınması rəsmiləşdirilib. "Bakı Rabitə Tikinti Təchizat" MMC-dən qaimə fakturalara əsasən alınması rəsmiləşdirilmiş 3134269,63 manat maddi qiymətlilərin 1791802,53 manat, o cümlədən Nizami Telefon qovşağı üzrə 762147,78 manat, Xətai Telefon qovşağı üzrə 172520,10 manat, Xəzər Telefon qovşağı üzrə 267145,61 manat, Yasamal telefon qovşağı üzrə 417359,99 manat, Qaradağ Telefon qovşağı üzrə 39550,24 manat, Sabunçu Telefon qovşağı üzrə 133078,81 manat baha qiymətə alınması rəsmiləşdirilib.

"Rabitə Mülki Tikinti" MMC-dən qaimə fakturalara əsasən, alınması rəsmiləşdirilmiş 2798333,08 manat maddi qiymətlilərin dəyərinin 1211979,43 manat, o cümlədən Nizami Telefon qovşağı üzrə 391901,99 manat, Xəzər Telefon qovşağı üzrə 28453,74 manat, Xətai Telefon qovşağı üzrə 748333,33 manat, Yasamal telefon qovşağı üzrə 870,60 manat, Sabunçu Telefon qovşağı üzrə 42419,77 manat baha qiymətə alınması rəsmiləşdirilib.

"3 nömrəli Təmir Tikinti" MMC-dən qaimə fakturalara əsasən alınması rəsmiləşdirilmiş 571102,94 manat maddi qiymətlilərin dəyərinin 179310,35 manat, o cümlədən Xətai Telefon qovşağı üzrə 175593,56 manat, Yasamal Telefon qovşağı üzrə 3716,79 manat baha qiymətə alınması rəsmiləşdirilib.

V. Nəsibov

AzPolitika.info