Menu

Azərbaycanda idxal məhsulları bahalaşıb

21.11.2016, 11:30
Azərbaycanda idxal məhsulları bahalaşıb

Bu ilin sentyabr ayında Azərbaycana idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 1,3% artıb.

"Report" Dövlət Statistika Komitəsinin açıqladığı qiymət indekslərinə əsasən xəbər verir ki, MDB ölkələrindən idxal olunan məhsullarda 0,2% ucuzlaşma, digər ölkələrdən idxal olunan məhsullarda isə 1,8% bahalaşma qeydə alınıb.

Sentyabr ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,2%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 3,2%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,0% bahalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol