Menu

Vahid Mustafayev cizgi filmləri çəkir: “ANS-lə bağlı pozitiv qərarı gözləyirik” –VİDEO

22.11.2016, 13:24

VAHID“Bu gün artıq 4 –cü aydır ki, ANS-in yayım lisenziyası dayandırılıb və biz yayıma çıxmırıq. Xəbərlərimizlə əziz Azərbaycanımızı məlumatlandıra bilmirik. Hamımız bir nəfər kimi pozitiv qərarı gözləyirik…İnşallah”

Strateq.az bildirir ki, bu sözləri ANS TV-nin təsisçisi Vahid Mustafayev özünün profilində yazıb.

O qeyd edib ki, bu vaxt ərzində boş oturmayıblar və “BALANS” milli animasiya studiyasında cizgi filmləri hazırlayıblar. Bu filmlər müxtəlif yaş kateqoriyası olan uşaqlar üçün nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol