Menu

Yollarda təhlükəli vəziyyət yarandı: sürücülərin işi çətinləşdi

22.11.2016, 22:37
Yollarda təhlükəli vəziyyət yarandı: sürücülərin işi çətinləşdi

Havaların soyuması dağlıq ərazilərdən keçən yollarda təhlükəni artırıb. Şamaxı yollarında buzlaşma avtomobillərin hərəkətinə ciddi təsir edib. Xezerxeber.com bildirir ki, 2 gündür davam edən şaxtalı hava əsasən magistral yollara öz təsirini göstərib. Şamaxı-Ağsu, Şamaxı-Pirqulu yolu buz bağlayıb.

Axşam saatlarında yolda hərəkət çətinləşib. Duman səbəbindən görmə məsafəsi 1-2 metirə enib. Sürücülər bir birinin ardınca ara məsafəsi saxlayaraq hərəkət ediblər.

Səhər saatlarından duman çəkilib.Temperaturun qalxması ilə yollarda olan sürüşkənlik yoxa çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol