Menu

Suriyada “Əl Qaidə” liderlərindən biri məhv edilib

23.11.2016, 09:02
Suriyada “Əl Qaidə” liderlərindən biri məhv edilib

ABŞ Hərbi-Hava Qüvvələrinin noyabrın 18-də Suriyada endirdikləri hava zərbəsi nəticəsində “Əl Qaidə” liderlərindən biri məhv edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

“ABŞ HHQ-ləri Suriyanın Sarmada yaşayış məntəqəsi yaxınlığında noyabrın 18-də zərbə endiriblər, nəticədə “Əl Qaidə” liderlərindən biri olan Əbu Əfqan Əl-Məsri məhv edilib”, - deyə Kuk bildirib.

Onun sözlərinə görə, əslən misirli olan Əl-Məsri əvvəlcə Əfqanıstanda “Əl Qaidə”nin sıralarına qatılıb, sonradan isə qruplaşmanın Suriyadakı bölmələrindən birinə qoşulub.

Kukun sözlərinə görə, Əbu Əfqan Əl-Məsri cənub-qərbi Asiya ölkələrindəki terror qruplaşmaları və Əfqanıstanda ABŞ və koalisiya hərbçilərinə hücumlarla əlaqəli olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol