Menu

Rusiya Kurildə sahil raket kompleksləri yerləşdirdi!

23.11.2016, 10:52
Rusiya Kurildə sahil raket kompleksləri yerləşdirdi!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Kuril adalarında «Bal» və «Bastion» sahil-raket kompleksləri yerləşdirib. Bu barədə Rusiyanın Sakit okean donanmasının «Boyevaya vaxta» qəzeti xəbər verib.

«Bal» və «Bastion» raket kompleksləri Kuril adalarına hücum etmək niyyətinə düşəcək bütün gəmilər üçün ciddi təhlükə yaradır. Bu barədə «Yejednevnıy jurnal» nəşrinin baş redaktor müavini, hərbi şərhçi Aleksandp Holts danışıb.

«Kurildə yeni silahın yerləşdirilməsi Putinin təbirincə desək, «bizim şərti həmkarlarımızı qorxuya salır» və təəssüf ki, «qarşıdurma» adlandırılır» - deyə, Adeksandr Holts əlavə edib.

Şübhəsizdir ki, Rusiyanın bu addımı Yaponiyanın Kuril adalarına olan iddiasına dolayı cavabdır və onun göstərir ki, Kuril məsələsində Rusiya geri çəkiləsi deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol