Menu

Yaponiya Rusiyanın raket hədəsinə adekvat cavab verəcək!

23.11.2016, 14:15
Yaponiya Rusiyanın raket hədəsinə adekvat cavab verəcək!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya hökuməti İturup və Kunaşir adalarında (Kuril) Rusiyanın raket kompleksləri yerləşdirməsi barədə yayılan xəbərlərlə əlaqədar olaraq, uyğun cavab tədbirləri görəcək. Bu barədə jurnalistlərə Yaponiyanın xarici işlər naziri Fumio Kisida bəyan edib.

Rusiyanın Sakit okean donanmasının rəsmi «Boyevaya vaxta» qəzeti çərşənbə axşamı xəbər vermişdi Rusiya tərəfi Kuril adalarında «Bal» (Kunaşir) və «Bastion» (İturup) sahil raket kompleksləri (SRK) yerləşdirib. Qəzet yazmışdı ki, «Bastion» sahil raket kompleksinin şəxsi heyəti yaxın günlərdə növbəti sınaq atışlarana başlayacaq.

«Biz, buna ciddi əhəmiyyət veririk və dəqiqləşdirmələrdən sonra uyğun reaksiya verəcəyik» - deyə, «Kiodo» agentliyi nazirin bəyanatından sitat gətirir.

Məlumat üçün bildirək ki, Yaponiya İturup, Kunaşir, Şitokan və Haboman adalarına iddia edir və bu zaman 1855-ci il tarixli «ticarət və sərhədlər haqqında» ikitərəfli Traktata istinad edir. Adaların Yaponiyaya qaytarılması məsələsini Tokio İkinci dünya müharibəsindən sonra Rusiya ilə sülh müqaviləsinin bağlanması üçün şərt kimi irəli sürüb, amma sülh müqaviləsi hələ də bağlanmamış qalır.

Məsələ ilə bağlı Moskvanın mövqeyi belədir ki, Cənubi Kuril adaları SSRİ-nin tərkibinə İkinci dünya müharibəsindən sonra keçib və onlar üzərində Rusiyanın suverenliyi uyğun beynəlxalq-hüquqi əsaslara malikdir.

Kisida onu da əlavə edib ki, «o cümlədən, belə problemlərin həlli üçün şimal ərazilərin problemini həll etmək vacibdir» (Yaponiya tərəfi cənubi Kurilin 4 adasını belə adlandırır-red)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol