Menu

“Sərkisyan Ermənistanı quberniyaya çevirir” - Qriqoryan

23.11.2016, 23:39
“Sərkisyan Ermənistanı quberniyaya çevirir” - Qriqoryan

Turizm sferasının stimullaşdırılması üçün Ermənistan hakimiyyəti Rusiya vətəndaşlarının ölkəyə daxili pasportla gəlməsinə izn verməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında erməni politoloq Armen Qriqoryan söyləyib. Onun sözlərinə görə, Ermənistan turizmi başqa yollarla da inkişaf etdirə bilərdi:

“Əgər məqsəd turizmin inkişafıdırsa, o zaman hökumət başqa ölkələrin, xüsusilə, Avropa Birliyinə üzv ölkələrin vətəndaşlarının Ermənistana vizasız gəlməyinə icazə verərdi. Bu, dövlətə daha çox xeyir gətirərdi. Görünür, erməni hakimiyyəti öz mövcudluğu üçün Ermənistanın Rusiya quberniyasına çevrilməsi prosesini tezləşdirib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol