AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, avropalıların orta ömür uzunluğu tarixdə ilk dəfə olaraq 80 ilə yüksəlib. 1990-cı ildən günümüzə qədər isə bu rəqəm təxminən, 6 il artıb. Bu barədə Avropa komissiyası (AK) ilə İqtisadi inkişaf və əməkdaşlıq Təşkilatının (İİƏT) birgə hazırladığı məruzədə söhbət açılır.
Çərşənbə günü dərc olunmuş məruzədə 36 Avropa ölkəsinin səhiyyə sisteminin analizinin nəticələri (risk faktorları, səhiyyə xərcləri və təbabətin əlçatanlığı faktorları nəzərə alınmaqla) öz əksini tapıb.
Tədqiqatların nəticələrinə görə, bölgə ölkələrində orta ömür uzunluğu 1990-cı ildəki 74,2 il səviyyəsindən 2014-cü ildə 80,9 il səviyyəsinə yüksəlib.
Bu zaman 17 ölkədə göstərici orta rəqəmdən yüksək (İspaniyada 83,3 il, İtaliyada 83,2 il), Bolqarıstan və Latviyada isə (74,5 il) aşağı olub.
Məruzə müəllifləri qeyd edirlər ki, bu cür rekord göstəricini 50-56 yaşlı insanlar arasında ürək-damar xəstəliklərindən baş verən ölüm hallarının azalması ilə əlaqələndirmək olar. Bununla belə, əlavə olunur ki, avropalıların uzun yaşaması heç də hər zaman onun göstəricisi sayıla bilməz ki, onların sağlamlığı kafi olur. Bu isə da daha keyfiyyətli tibbi xidmətə ehtiyacın olduğundan xəbər verir.


Şərhlər