Menu

"Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurmaqda davam edir" - Rumıniya səfiri

24.11.2016, 13:08
"Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurmaqda davam edir" - Rumıniya səfiri

Bu münaqişə Rumıniyanın Xarici İşlər Nazirliyinin və Aİ-nin xarici siyasətinin diqqət mərkəzindədir

"Şərq tərəfdaşlığı" proqramı ölkələrində mövcud olan həlli uzadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Rumıniya və Avropa İttifaqında narahatlıq doğurmaqda davam edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Yanku deyib.

Səfir bildirib ki, bu münaqişə Rumıniyanın Xarici İşlər Nazirliyinin və ümumilikdə Aİ-nin xarici siyasətinin diqqət mərkəzindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol