Menu

“Əmanətlərin yenidən azalmasının səbəblərini araşdırırıq”

24.11.2016, 16:34
“Əmanətlərin yenidən azalmasının səbəblərini araşdırırıq”

Maliyyə Bazarlarına Nəzarət Palatası əhalinin əmanətlərinin yenidən azalmasının səbəblərini araşdırır.

“Marja”nın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı Bakıda keçirilən “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” adlı forumda bildirib.

“Görülən tədbirlər nəticəsində İyun ayından bank sektoruna etimadın artdığını hiss etməyə başladıq. 2015-ci ilin Yanvarından davamlı olaraq azalan depozitlər 2016-cı ilin İyununda ilk dəfə artım nümayiş etdirdi, İyul-Avqust aylarındakı artım isə 2016-cı ilin əvvəlindəki azalmanı bir qədər də kompensasiya etdi. Biz Sentyabr və Oktyabr aylarında depzoitlərdə yenidən azalma müşahidə edirik. Hazırda bunun səbəbini araşdırırq – bu etimad problemidir yoxsa insanların yığımlarını istehlaka yönəltmələri ilə bağlıdır. Tədqiqatın nəticələri barədə bank sektoru ilə müzakirələr aparacağıq”, – Rüfət Aslanlı deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol