Menu

Lavrov Türkiyəyə gedir

24.11.2016, 16:58
Lavrov Türkiyəyə gedir

Rusiya və Türkiyənin xarici işlər naziri Sergey Lavrov və Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşü dekabrın əvvəlində Türkiyənin Alanya şəhərində baş tutacaq.

S.Lavrovun dekabrın 1-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

M.Zaxarova deyib ki, S.Lavrov türkiyəli həmkarı ilə gələn il keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı da müzakirə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol