Menu

Qusar sakini donaraq ölüb

24.11.2016, 17:34

Meyit-hadiseQusar rayonunda kişi meyiti tapılıb.

“Report”un Şimal bürosu xəbər verir ki, meyitin rayonun Cibir kənd sakini, 45 yaşlı Mehdi Şeydayevə məxsus olduğu müəyyənləşib.

Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəlib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol