Menu

“Qarabağ” da uduzdu

25.11.2016, 00:04
“Qarabağ” da uduzdu

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ” da növbəti oyununa çıxıb.

J qrupunda çıxış edən “Qarabağ” 1/16 finala vəsiqə üçün mübarizədə Çexiyada “Slovan”la qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri səfərdə rəqiblərinə 0:3 hesabla məğlub olub.

Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr

J qrupu

“Slovan” (Liberets, Çexiya) – “Qarabağ” (Azərbaycan) - 3:0

Qol: Eqon Vux, 11; Nikolay Komliçenko, 56; 62

Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San-Marino)

UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)

Liberets. “U Nişi” stadionu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol