Sentyabrın 27-də AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Azadliq.info” xəbər verir ki, prosesdə prokuror Dəyanət Babayevə 4 il həbs cəzası verilməsini istəyib.
Məhkəmənin hökmü sentyabrın 30-da çıxaracağı gözlənir.
Dəyanət Babayev və digər AXCP üzvü Musa Rahim ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıb. Onlar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb və noyabrın 8-də sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyi bəyan edib ki, Dəyanət Babayev və Musa Rahim noyabrın 7-də ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol veriblər, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib, sonra ona yüngül dərəcəli bədən xəsarətləri yetiriblər.


Şərhlər