Tacikistanla Çin sərhədində 6,9 bal gücündə zəlzələ baş verib.
Trend "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, ABŞ Geoloji xidmətinin məlumatına görə, zəlzələnin episentri Tacikistanın Karakul gölündən şimal-şərqdə qeydə alınıb.
Zəlzələ Tacikstanla yanaşı Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində də eyni dərəcədə hiss olunub.
Ölən və dağıntılar barədə məlumat verilmir.


Şərhlər