Menu

Gənclər təşkilatı Kürdəmirdə tədbir keçirib - Fotolar

25.11.2016, 20:42
Gənclər təşkilatı Kürdəmirdə tədbir keçirib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 25 noyabr 2016-cı il tarixində Kürdəmir rayon Atakişili kənd tam orta məkəbində "Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə" mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə rayon İH müavini Vəsilə Əsgərli açaraq bu tədbirin əhəmiyyəti barədə qısa məlumat verib. Təşkilatın sədri Həbibə Qəribova mövzu barədə geniş məruzə ilə çıxış edib. Sonra tədbir gənclərlə dialoq formasında davam etdirilib. Tədbirin sonunda fəal gənclərə mövzunun adı yazılmış köynək, papaq və sertifikatlar təqdim edilib.

[gallery columns="5" ids="272735,272736,272737,272738,272739"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol