Menu

Ərdoğanla Putin telefonla danışıb

25.11.2016, 21:23

CUMHURBASKANI TAYIP ERDOGAN, PUTINLE TELEFON KONUSMASI YAPTITürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.“Hürriyet” qəzetinin verdiyi məlumata görə, tərəflər Suriya böhranının həlli məsələsini müzakirə ediblər.

Xəbərdə bildirilir ki, R.T.Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi “Fərat qalxanı” hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanı türk hərbçilərinin hücuma məruz qalması barədə Putini məlumatlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol