Menu

KXDR-də 3 günlük matəm elan olunub

28.11.2016, 08:58

Koreya_lideri kim jongKoreya Xalq Demokratik Respublikasında (KXDR) Kuba lideri Fidel Kastronun ölümü ilə bağlı 3 günlük matəm elan olunub.

"Report" xəbər verir ki, bu barədə Şimali Koreyanın "Nodon Sinmun" qəzeti məlumat yayıb.

KXDR-in Əmək Partiyası, Ali Xalq Məcslinin və Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 28-dən 30-dək ölkənin mərkəzi idarələrində və digər yerlərdə matəm bayraqları qaldırılacaq. Şimali Koreyanın lideri Kim Çen In bazar günü Kubaya başsağlığı məktubu göndərib.

Kuba lideri Fidel Kastro cümə günü 90 yaşında vəfat edib. Onun dəfni mərasimi dekabrın 4-də Santyaqo-de Kubada keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol