Menu

23 yaşlı oğlan 12 bıçaq zərbəsi ilə qətlə yetirilib

28.11.2016, 09:48

qetl_qan_el_sekli_00Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol