AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, dünya bazarında neftin qiyməti süərətli sıçrayışla qalxıb. Belə ki, «brent» markalı neftin bir barrelinin qiyməti oktyabrın sonlarından üzübəri ilk dəfə olaraq 48 dolları adlayıb.
Ekspertlərin proqnozuna görə, dünya bazarlarında neftin qiyməti sabah da qalxmaqda davam edəcək. Analitiklər bunu, investorların OPEK ölkələrinin xammal hasilatını məhdudlaşdırmaq barədə razılığa gələcəkləri gözləntisi ilə əlaqələndirirlər.
OPEK ölkələrinin razılığa gələ bilməsi isə müşkülə çevrilib - bir halda Səudiyyə Ərbistanı, digər halda isə İran buna imkan vermir.

Şərhlər