Menu

ÇÖRƏK DƏ BAHALAŞACAQ – Zavoddan AÇIQLAMA

29.11.2016, 16:37
ÇÖRƏK DƏ BAHALAŞACAQ – Zavoddan AÇIQLAMA

Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək. Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq.

“Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov fins.az-a bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər: “Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması yeni ildən baş verə bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol