Menu

Dollarla kredit götürənlər borclarını milli valyutada qaytaracaqlar - Gürcüstanda

29.11.2016, 17:48
Dollarla kredit götürənlər borclarını milli valyutada qaytaracaqlar - Gürcüstanda

Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planı hazırlayıb.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.

O bildirib ki, 2015-ci ilin yanvarınadək dollarla kredit götürən vətəndaşlar kreditlərini lariyə çevirə biləcəklər.

Baş nazir həmçinin qeyd edib ki, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol