Menu

Manatın bugünə olan məzənnəsi açıqlanıb

30.11.2016, 09:58

manatdollarAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 29-u ilə müqayisədə 0,42% artaraq 1,7318 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,76% möhkəmlənərək 1,8417 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,61% artaraq 0,5077 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1622 manatdır. Beləliklə, funt sterlinq 1,12%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,22% bahalaşaraq 0,6845 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol