Menu

Türkiyədə faciə: 12 tələbə qız yanaraq öldü - FOTO

30.11.2016, 10:16
Türkiyədə faciə: 12 tələbə qız yanaraq öldü - FOTO

Türkiyənin Adana rayonunun Aladağ rayonunda 3 mərtəbəli qızlar məktəbində yanğın olub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 tələbə və 1 müəllimə ölüb.

22 tələbənin isə yaralandığı bildirilir. Onların xəsarət almasına səbəb yanğın zamanı özlərini pəncərədən atmaları olub.

Adana bələdiyyəsinin sədri yanğın nərdivanının qapısının içəridən bağlı olduğunu, açarın isə ölən müəllimədə qaldığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol