Menu

NİDA-çıların məhkəməsindən sonra bir qrup gənc həbs olunub - SİYAHI- FOTOLAR- YENİLƏNİB

06.05.2014, 18:08
NİDA-çıların məhkəməsindən sonra bir qrup gənc həbs olunub - SİYAHI- FOTOLAR- YENİLƏNİB

Bu gün NİDA-çı gənclərə hökm oxunduqdan sonra məhkəmə binası qarşısında saxlanılaraq Nəsimi rayon 22-ci polis bölməsinə aparılanların bir hissəsi sərbəst buraxılıb. Son məlumata görə, bitərəf gənc Samir Əliyev 22-ci polis bölməsindən sərbəst buraxılıb. "Nida"çı gənc Sənan Əlioğlu isə Səbayel polis bölməsindən sərbəst buraxılıb. Seyran Nəbiyev və Ofeliya Allahverdiyeva isə 100 manat cərimə olunduqdan sonra, sərbəst buraxılıblar.

Ancaq AXCP üzvləri Kəmalə Bənənyarlı və Çilanay Türkeldən xəbər yoxdur.

Kəmalə Bənənyarlının (AXCP) Nəsimi rayon polis idarəsində döyülüb. Bundan başqa hazırda 21 və 22-ci polis bölmələrində 9 aksiya iştirakçısı saxlanılır.

---------

Bu gün NİDA-çı gənclərə hökm oxunduqdan sonra məhkəmə binası qarşısında toplaşan insanlar etiraz ediblər. Nəticədə etirazçılarla polis arasında qısamüddətli qarşıdurma yaşanıb və 26 nəfər saxlanılaraq Nəsimi rayon 22-ci polis bölməsinə aparılıblar.

Musavat.com-un aldığı son məlumata görə, saxlanılan şəxslərdən bəziləri, o cümlədən, Ofeliya Allahverdiyeva (NİDA), Seyran Nəbiyev (AXCP) və Kəmalə Bənəniyarlı (AXCP) məhkəməyə aparılıb. Ancaq onların hansı rayon məhkəməsinə aparıldıqları hələlik məlum deyil.

Onu da qeyd edək ki, adıçəkilən şəxslər polis bölməsindən çıxarılarkən binanın qarşısında qısamüddətli qarşıdurma yaranıb. Hətta Kəmalə Bənəyarllya polis maşının içərisində zorakılıq olduğu da bildirilir. Kəmalə Bənəniyarlı maşının içərisindən jurnalistlərə xitabən haraya aparıldıqları barədə məlumatlı olmadıqlarını deyib.

Son məlumata görə, Müsavat başqanının müşaviri Rüfət Hacıbəyli azad edilib.

----------

Bu gün NİDA-çılara hökm oxunmasından sonra məhkəmə binası qarşısında həbs olunan insanları 22 saylı Nəsimi Rayon Polis bölməsinə aparıblar. Aldığımız məlumata görə, hazırda həmin polis bölməsində 11 nəfər saxlanılan şəxs var.

NİDA-çıların mәhkәmәsindən sonra saxlananların siyahısını diqqətinizə çatdırırıq:

1. Rəhman Məmmədli

2. Hüseyn Qarasulu

3. Ofa Rәsulzadә

4. Rәsul Mürsәlova

5. Cavid Hacıbәyli

6. Tural Abbaslı

7. Kәmalә Bәnәnyarlı

8. Şamil Beydulla

9. Sarvan Әbdülәzimov

10. Tural İbrahim

11. Türkel Azәrtürk

12. Xalid Qarayev

13. Amid Süleymanov

14. Hacı Zeynallı

15. Orxan Eyyubzadә

16. Sәnan Әlioğlu

17. Orxan Rüstәmzadә

18. Seyran Nәbiyev

19. Kamran

20. Orxan Rza

21. Şәfi Şәfiyev

22. Nicat Mәmmәdbәyov

23. Mirseymur Mәmmәdov

Müsavat.com-un verdiyi məlumata görə, 22 saylı Nəsimi rayon polis bölməsinin qarşısında hazırda çoxlu sayda insan toplaşıb.

Aldığımız digər məlumatda bir müddət öncə daha 3 nəfərin polislər tərəfindən saxlanıldığl bildirilir.

Hazırda həmin şəxslərin kimliyini dəqiqləşdirməyə çalışırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol