AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Con Brennan beynəlxalq münasibətlərdə mümkün təhlükələr barədə yeni seçilmiş Prezident Donald Trampı xəbərdar edib.
«BBC» telekanalına müsahəbəsində Brennan Rusiya ilə yaxınlaşmaq məsələsinə ehtiyatla yanaşmağı tövsiyyə edib: «Mən, hesab edirəm ki, yeni administrasiya Rusiyanın vədlərindən ehtiyatlanmalıdır» - deyə, MKİ başçısı qeyd edib və bu zaman Rusiyanın ABŞ-dakı son prezident seçkiləri kampaniyasına hansısa müdaxiləsini xatırladıb.
Bundan başqa, Brennan bəyan edib ki, İranla nüvə sövdəsinin dayandırılması fəlakət olardı.
Xatırladaq ki, Brennan öz postunu tərk edir. Donald Tramp administrasiyasında MKİ başçısı postunu konqresmen Mayk Pompeo tutacaq.


Şərhlər