Menu

Gənclər təşkilatı Qusarda tədbir keçirib - Fotolar

01.12.2016, 11:19
Gənclər təşkilatı Qusarda tədbir keçirib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən "Dini radikal cərəyanlara qarşı mübarizədə maarifləndirmə" mövzusunda növbəti layihə Qusar rayonunda davam etdirilib.

29 noyabr 2016-cı il tarixində Qusar rayon Gənclər evində keçirilən tədbirdə İctimai birliyin sədr müavini Tələt Qəribov və layihənin eksperti Nizami Məmməqzadə dini radikalizmin yaranma səbəbləri və onun fəsadları barədə tədbir iştirakçılarına geniş məlumat vermiblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba rayon bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasıyev öz çıxışında Dövlətin dinə qayğısından, vətəndaşlar üçün dini ibadətlərin düzgün həyata keçirilməsinin vacibliyindən danışıb. Rayon polis idarəsinin əməkdaşı Mövlud Əliyev dini radikalizmin cəmiyyət üçün nə qədər təhlükəli olduğunu və bu sahədə dövlətin gördüyü tədbirlərdən danışıb. Növbəti tədbir 30 noyabr 2016-cı il tarixində rayonun Rusiya ilə sərhəddində yerləşən Quxuroba kənd tam orta məktəbində davam etdirilib.

[gallery size="full" ids="273780,273781,273782,273783,273784,273785"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol