Menu

Üç prezidentdən Kiyevə rəsmi dəstək: “Ərazi bütövlüyü toxunulmazdır”

06.05.2014, 17:32
Üç prezidentdən Kiyevə rəsmi dəstək: “Ərazi bütövlüyü toxunulmazdır”

“Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”. APA xəbər verir ki, bunu Türkiyə prezidenti Abdulla Gül bu gün Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin yekununa həsr olunan mətbuat konfransında deyib.

O, bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: “Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq”.

Xatırladaq ki, mayın 6-da Tiflisdə Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Abdulla Gülün və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşü olub.

Görüşdə üç ölkə arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Tiflis Sammitinin münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol