Menu

«Türk əsgərinin həlak olması insidenti ilə Rusiyanın əlaqəsi yoxdur» - Rusiya XİN

01.12.2016, 15:05

lavrov«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verliyi xəbərə görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün bəyan edib ki, ötən həftə Suriyanın Əl-Bab şəhəri ətrafında türk əsgərlərinin həlak olması ilə nəticələnən insidentdə Moskva və Dəməşqin əli yoxdur və Ankara bunu yaxşı bilir.

«Bu məsələ, insidentdən dərhal sonra bizim nümayəndələrimiz tərəfindən müxtəlif səviyyələrdə müzakirə olunub. Ümumi anlaşma var ki, nə Rusiya, nə də Suriya hərbi-hava qüvvələrinin (HHQ) bu insidentlə heç bir bağlılığı yoxdur» - deyə, Lavrov izvh edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol