Menu

Hüquq müdafiəçilərinin evində axtarış aparılır

06.05.2014, 18:04
Hüquq müdafiəçilərinin evində axtarış aparılır

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının və onun qızı, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılır. Bu barədə M.Qəhrəmanlı facebook səhifəsində məlumat verib.

Mirvari xanım yazıb ki, özünün və qızının evdə olmamamsından (onların hər ikisi xaricdə tədbirdədirlər) istifadə edərək evlərində axtarış aparılması qanunsuzluqdur.

Musavat.com-un məlumatına görə, Mətanət Əzizovanın həyat yoldaşının və daha üç hal şahidinin də evdə axtarış aparılması prosesini müşahidə etdiyi bildirilir.

Əməkdaşımızın məlumatına görə, hazırda Mətanət Əzizovanın yaşadığı binanın qarşısına çox sayda insan toplaşıb. Toplaşanlar arasında mətbuat nümayəndələri də var.

Hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva haqqin.az-a bildirib ki, Baş Prokurorluğun müstəntiqləri Mətanət Əzizovanın həyat yoldaşı ilə söhbət zamanı evdə axtarış aparılacağı ilə bağlı onu məlumatlandırıblar. Müstəntiqlər hüquq müdafiəçisinin həyat yoldaşına bildiriblər ki, onların axtarış aparmaq üçün orderləri var və axtarış bu gün reallaşdırılmalıdır.

Mətanət Əzizovanın öz evində axtarış aparılacağından xəbərinin olub-olmamasına qaldıqdasa, hüquq müdafizəçisinin vəkili Samirə Ağayeva bildirib ki, "Mətanət Əzizova heç kimlə ünsiyyət saxlamır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol