CƏBHƏDƏ GƏRGİNLİK - Bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı

İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) döyüşlər gedir.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

"AzPolitika" xəbər verir ki, Ermənistanın tert.am saytı cəbhə bölgəsində yaralıların olduğunu təsdiqləyib. Bu barədə sayta hərbi hospitalın direktoru Aram Asaturyan məlumat verib. O bildirib ki, 24 yaşlı Kadjik Badalyan və 19 yaşlı Karapet Mikaelyanın vəziyyətləri ağırdır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı hələ ki, məlumat yaymayıb.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar