Menu

İtaliyada neft emalı zavodunda güclü partlayış

01.12.2016, 23:27
İtaliyada neft emalı zavodunda güclü partlayış

İtaliyanın Sannadzaro-de-Burqondi “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda güclü partlayış baş verib.RİA Novosti-nin verdiyi xəbərə görə, partlayışdan sonra zavodun ərazisində bir neçə kilometr aralıdan müşahidə olunan güclü yanğın baş verib.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

Partlayışın səbəbləri hələlik elan olunmayıb.(APA)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol