Menu

Türkiyə parlamenti "Türk axını" üzrə sazişi təsdiq etdi

02.12.2016, 10:25
Türkiyə parlamenti "Türk axını" üzrə sazişi təsdiq etdi

Türkiyə parlamenti Rusiya ilə "Türk axını" qaz boru kəmərinin tikintisi layihəsi haqqında sazişi təsdiq edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sənədin təsdiq edilməsinin lehinə 210 deputat səs verib, 7-si əleyhinə olub, 6 deputat isə bitərəf qalıb.

Yaxın günlərdə qanun Türkiyə Prezidenti tərəfindən imzalanmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol