Menu

Türkiyədə 3 hərbçi şəhid olub- Çoxlu sayda terrorçu məhv edilib

02.12.2016, 12:15
Türkiyədə 3 hərbçi şəhid olub- Çoxlu sayda terrorçu məhv edilib

Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının silahlıları arasında baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub, 3-ü isə yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, atışma Çukurca rayonundakı Güven dağı ərazisində baş verib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrinin dəstəyi ilə həmin bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol