Menu

96,6 faiz səs toplayan vahid namizəd prezidentlikdən gedir

03.12.2016, 09:57

Azərbaycanda təhsil almış Eduardu duş Santuş prezidentlikdən gedir

c3de04c0-2839-47be-9e32-4130849a71131979-cu ildən Anqolaya rəhbərlik edən Joze Eduardu duş Santuş 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Anqolanın hakim partiyası olan Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının (MPLA) açıqladığı sənəddə prezidentliyə namizədlərin siyahısında hazırkı dövlət başçısının adı yoxdur.

MPLA rəhbərliyi partiyanın prezidentliyə əsas namizədinin müdafiə naziri Joau Lourenko olduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl Anqola prezidenti Joze Eduardu duş Santuş yenidən hakim Xalq Azadlıq Hərəkatının lideri seçilmişdi.

O, partiyanın ölkənin paytaxtı Luanda da keçirilən qurultayında vahid namizəd olub və 96,6 faiz səs toplayıb.

Qeyd edək ki, J.Santuş Anqolaya 1979-cu il sentyabrın 21-dən başçılıq edir. Bu ilin martında Anqola prezidenti 2018-ci ildə partiya sədrliyindən getməyi planlaşdırdığını söyləmişdi.

Qeyd edək ki, 74 yaşlı Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun məzunudur (1963-1969). O, tələbə vaxtı institutda Anqolanın azadlığı uğrunda dərnəyə rəhbərlik edib. Neft mühəndisi olan prezident heç vaxt öz ixtisası üzrə işləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol