Menu

«Rusiya-Çin əməkdaşlığı sülhün dayağıdır» - ÇXR XİN

03.12.2016, 16:40
«Rusiya-Çin əməkdaşlığı sülhün dayağıdır» - ÇXR XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası xarici işlər nazirliyi (ÇXR XİN) bəyan edib ki, Pekin və Moskva arasında strateji əməkdaşlıq beynəlxalq sülhün dayağıdır.

Çin və Rusiyanın liderləri 2016-cı ildə 5 dəfə görüşüb və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yeni strateji planları və qaydaları vaxtında müəyyən ediblər. Bu barədə ÇXR xarici işlər naziri Van İ bu gün beynəlxalq münasibətlərə və Çinin siyasətinə həsr olunmuş konfransın açılışındakı çıxışı zamanı bəyan edib.

«Bu il biz, ÇXR və Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilənin 15 illiyini qeyd edirik. İki ölkənin liderləri bu il 5 dəfə görüş keçirərək, ikitərəfli münasibətlərin inkişafı üçün yeni planlar və qaydalar müəyyən ediblər. Tərəflər qlobal strateji sabitliyin möhkəmləndirilməsi barədə bəyanat qəbul ediblər və regional-beynəlxalq münasibətlərin qarşıda duran vacib istiqamətləri üzrə sıx məsləhətləşmələri dəstəkləyirlər. Ümumilikdə, Çin və Rusiya arasında strateji tərəflaşlıq münasibətləri daha yüksək səviyyəyə qalxır»-deyə, diplomat qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol