Menu

«Biz, Əsədi, iranlıları yerində oturtmalıyıq» - İsrail XİN

03.12.2016, 18:22

LibermanSuriya münaqişəsinin aradan qaldırılması bu ərəb ölkəsinin prezidenti Bəşər Əsədin siyasi səhnədən getməsini tələb edir. «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu fikri İsrailin xarici işlər naziri Avidqor Liberman dünən Vaşinqtonda Brukinqs İnstitutundakı çıxışı zamanı səsləndirib.

«Suriyada hər hansı razılaşmanın bağlanması üçün nələr həlledici əhəmiyyət daşıyır? Mən, inanmıram ki, bu (razılığın əldə olunması - red.), mümkün olsun. Ancaq iki ilkin şərt var: Əsədin və İranın Suriyadan getməsi...» - deyə, israilli diplomat məsələyə münasibətini ortaya qoyub. Onun fikrincə, Əsəd bundan sonra «dünya səhnəsində məqbul oyunçu» qismində qəbul edilə bilməz.

«Biz, Əsədi yerində oturtmalıyıq, iranlıları yerində oturtmalıyıq» - deyə, Liberman bəyan edib.

Bununla yanaşı nazir, başda yeni seçilmiş Prezident Donald Tramp olmaqla, ABŞ-ın yeni administrasiyasını (gələn il yanvarın 20-də öz vəzifəsinin icrasına başlayacaq) Yaxın Şərqə problemlərin həllindən uzaqlaşmamağa çağırıb.

«Ciddi izolyasiya üçün 100 il bundan əvvəl bəlkə də vaxt olub»-deyə, İsrail diplomatiyasının başçısı əmin olduğunu bildirib. O, qeyd edib ki, yəhudi dövləti ümid edir ki, Tramp və onun administrasiyası Suriyaya yönəlik «fəal olacaq». O, əmin olduğunu bildirib ki, ABŞ-n iştirakı olmadan Yaxın Şərqin problemlərini həll etmək mümkün olmayacaq.

Liberman İranı da yaddan çıxarmayıb. O, bu ölkəni nüvə problemi üzrə bağlanmış razılaşmanın şərtlərini pozmaqda ittiham edib. Buna misal olaraq, Liberman bu yaxınlarda İranın ballistik raket sınaqdan keçirməsini önə çəkib. Bununla bağlı, İsrail XİN başçısı İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol