Menu

"Abdullah Gül qardaşımla 1960-cı ildən dostuq"- Ərdoğan

05.12.2016, 00:05
"Abdullah Gül qardaşımla 1960-cı ildən dostuq"- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri şəhərində Abdullah Gül Muzeyinin açılışında iştirak edib.Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Ərdoğan Abdullah Güllə 1960-cı ildən dost olduğunu deyib:

“Ölkəmizdə siyasi tarix muzeyi ənənəsi yavaş-yavaş formalaşmağa başlayır. Arzu edilərsə, bütün keçmiş prezidentlərin adına muzey yaradarıq.

Abdullah Gül qardaşımla dostluğumuz AKP-dən xeyli əvvələ, 1960-cı ilə gedib çıxır. Milli Türk Tələbə Birliyi vaxtlarında başlayan əməkdaşlığımız 1991-cı ildən siyasi həyatda da davam edib.

Gülün 2007-ci ildəki prezidentliyə namizədlik dövrü Türkiyə siyasi tarixində ən önəmli vaxtlar idi. Abdullah Gülün prezident olduğu 2007-2014-cü illər Türkiyədə ən böyük dönüş illəri oldu”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol