Menu

Türkiyə səmaya kəşfiyyat peyki buraxır

05.12.2016, 00:06

kosmose32r2400Türk kəşfiyyat peyki Göktürk-1 dekabrın 5-də fransız Qvianasında, Kürü kosmodromunda buraxılacaq.

Anadolu agentliyi xəbər verir ki, Rəcəb Tayyip Ərdoğan peykin buraxılmasını video konfrans rejimində müşahidə edəcək.

Göktürk-1 Yer kürəsinin səthinin fotoşəkillərini yüksək ayırdetmə dəqiqliyi ilə çəkərək, Türkiyənin hesablama sistemini təmin edəcək.Peykin Yer ətrafında dövretmə müddəti 90 dəqiqə olacaq.

Fransa istehsalı olan peyk Yerə ildə 60 mindən çox şəkil yollayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol